Menu

Moskvada bankda 6 nəfəri girov götürən silahlı şəxs öldürülüb - Yenilənib

18.05.2016, 23:01
Moskvada bankda 6 nəfəri girov götürən silahlı şəxs öldürülüb - Yenilənib

Rusiyada “Moskva kredit” bankının 6 əməkdaşı girov götürülüb.

Moskvada bankda 6 nəfəri girov götürən silahlı şəxs xüsusi təyinatlılar tərəfindən öldürülüb.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarından bildirilib

“Xilasetmə əməliyyatı zamanı silahlı müqavimət göstərən şəxs məhv edilib. Girovlar azad olunub”, deyə mənbə bildirib”.

Məlumata görə, külli miqdarda pul istəyən cinayətkar bank binasını partladacağı barədə hədə-qorxu gəlib.

Qeyd edək ki, hadisə “Moskva kredit bankı”nın Pervomayskaya küçəsindəki filialında qeydə alınıb.

***

22:52

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarından bildirilib.

İnsident bankın Pervomayskaya küçəsindəki filialında qeydə alınıb. Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb edilib. Hələ ki girovları azadlığa buraxmaq üçün heç bir tələb irəli sürülməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol