Menu

Britaniya «Tayfun»ları Rusiya təyyarələrini «tutmaq» üçün havaya qalxdı

19.05.2016, 10:30
Britaniya «Tayfun»ları Rusiya təyyarələrini «tutmaq» üçün havaya qalxdı

Xarici KİV-in yaydığı məlumata görə, Britaniya hərbi-hava qüvvələrinin «HHQ» «Tayfun» qırıcıları Baltik dənizi üzərində, Estoniya sərhədləri yaxınlığında uçuş keçirən 5 Rusiya təyyarəsini «tutmaq» üçün havaya qaldırılıb. Britaniyanın müdafiə nazirliyinin bəyanatında belə deyilir (Lenta.ru).

Nazirliyin bəyanatında qeyd edilir ki, Estoniyanın Amari aviabazasında dislokasiya olunmuş Britaniya hərbi-hava qüvvələrinin «Tayfun» qırıcıları mayın 17-də həyacan siqnalı ilə havaya qaldırılıb.

Britaniyalı pilotlar əvvəlcə Rusiyanın 2 Su-27 və bir İl-20 radioelektron-kəşfiyyat təyyarəsini «tutub»lar. Bundan sonra daha iki Su-27 təyyarəsi aşkarlanıb və onlarla da «eyni rəftar» edilib.

Britaniya müdafiə nazirliyinin bəyanatında deyilir ki, Rusiya təyyarələri identifikasiya kodu verməyiblər və hava nəqliyyatını idarəetmə regional mərkəzi ilə rabitəyə girməyiblər.

Britaniyanın müdafiə naziri Maykl Fellon nəzərə çatdırıb ki, bu insident həftə ərzində artıq ikincidir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol