AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, NATO komandanlığı bir neçə Şərqi Avropa ölkəsində beynəlmiləl batalyonlar yerləşdirməyi təklif edir («Exo Moskvı»).
Bu barədə alyansın Baş katibi Yens Stoltenberq xəbər verib. Qüvvələrin sayı və dəqiq dislokasiya yeri barədə alyansın iyulda keçiriləcək sammitində yekun qərar qəbul olunacaq.
Stoltenberq qeyd edib ki, Şərqi Avropada NATO-nun yeni qüvvələrinin yerləşdirilməsi Rusiya ilə əldə olunmuş razılaşmalarla zidiyyət təşkil etmir, çünki bu addım müdafiə məqsədlərinə xidmət edir.
Bununla eyni vaxtda, Alyansın baş katibi yeni Rusiya-NATO iclasının keçirilməsi təklifi ilə çıxış edib.
AzPolitika.info

Şərhlər