Menu

Fətullah Gülənin ən yaxın adamı ölkədən qaçdı

28.03.2014, 11:09
Fətullah Gülənin ən yaxın adamı ölkədən qaçdı

Türkiyədə Fətullah Gülənin ikinci adamı sayılan Mustafa Özcanın ölkədən qaçdığı ortaya çıxıb.“Axar.az” xəbər verir ki, Mustafa Özcan hələ martın 20-də Brüsselə qaçıb.

Srağagün onun rəhbərlik etdiyi “Kaynak Holding”ə edilən basqından sonra yoxa çıxan Özcan nurçuların maliyyə işlərini idarə edirdi. Hətta onun Güləndən sonra camaata rəhbərlik edəcəyi də bildirilirdi. Nurçuların həm xəzinədarı, həm də qara qutusu kimi tanınan Özcanın bir daha ölkəyə qayıtmayacağı da qeyd olunub.

Amerikalı rəsmilər tərəfindən ölkəyə girişinə qadağa qoyulan Özcan məcbur olaraq Brüsselə qaçıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol