Menu

Ukrayna Ali Radası ölkənin iki böyük şəhərinin adını dəyişib

19.05.2016, 14:20
Ukrayna Ali Radası ölkənin iki böyük şəhərinin adını dəyişib

Ukrayna Ali Radası Dnepropetrovsk şəhərinin adını dəyişərək Dnepr kimi təsdiq edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, şəhərin adının dəyişdirilməsi ideyasını sessiya zalında qeydiyyatdan keçmiş 344 milli vəkilindən 247-si dəstəkləyib. Qərar dekommunizasiya haqqında qanun çərçivəsində həyata keçirilib.

Qərar qəbul edildiyi gündən qüvvəyə minib.

Həmçinin, Ali Rada Dneproderjinsk şəhərinin adını dəyişərək Kamensk qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol