Menu

Prezidentin ​ayırdığı vəsait 6 telekanal arasında bölündü

19.05.2016, 16:28

MTRSHMilli Televiziya və Radio Şurasının iclası keçirilib.

Qurumdan  verilən məlumata görə, iclasda "Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq teleradio yayımçılarına maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.

2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılan 2 milyon manat vəsaitin ümumrespublika özəl televiziya yayımçılarına bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib. Bu vəsait ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər bölünəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol