Menu

Türkiyədə Azərbaycana qaçaqmalçılıqla dərman göndərən dəstə zərərsizləşdirilib

19.05.2016, 17:57
Türkiyədə Azərbaycana qaçaqmalçılıqla dərman göndərən dəstə zərərsizləşdirilib

Türkiyədə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dərman vasitələrini dəyərindən baha qiymətə satan mütəşəkkil dəstənin üzvləri saxlanılıb.

APA-nın “Cihan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbulun 7 vilayətində keçirilən əməliyyat nəticəsində 1 həkim, 2 əczaçı, 1 dərman anbarı sahibi olmaqla ümumilikdə 33 nəfər tutulub. Mütəşəkkil dəstənin üzvləri qutuların üzərindəki barkodları silinən dərman vasitələrini qaçaqmalçılıq yolu ilə Suriya, İraq, Misir və Azərbaycana göndəriblər. Dərmanların bu ölkələrdə yüksək qiymətə satıldığı müəyyən olunub.

2 milyon türk lirəsi dəyərində olan dərman vasitələri əsasən, insulin iynələri, onkoloji və hemofiliya xəstələrinin istifadəsi üçün nəzərdə tutulan preparatlar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol