Monteneqronun NATO-ya daxil olması haqda protokol imzalanıb. Protokolu NATO-nun rəhbərləri və Alyansa üzv dövlətlərin xarici işlər nazirləri imzalayıblar.
Sənəd quruma üzv dövlətlərin parlamentlərində təsdiqləndikdən sonra Monteneqro NATO-nun 29-cu üzvü olacaq.
NATO-nun baş katibi Yens Stoltenberq təntənəli mərasimdə çıxışı zamanı bildirib ki, protokol təsdiqlənəndən sonra Monteneqro Vaşinqton müqaviləsinə qoşulmağa dəvət ediləcək və Alyansın üzvü olacaq.

Şərhlər