Menu

NATO-nun şərq cinahının müdafiəsi üçün bir neçə batalyon yetərli deyil! - Polşa XİN

20.05.2016, 16:13
NATO-nun şərq cinahının müdafiəsi üçün bir neçə batalyon yetərli deyil! - Polşa XİN

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşa hesab edir ki, NATO-nun Şərq cinahının müdafiəsi üçün bir neçə batalyon yetərli olmaya bilər. Bu fikri Polşanın xarici işlər naziri Vitold Vaşikovski alyansın xarici işlər nazirlərinin cümə axşamı keçirilən görüşü zamanı səsləndirib.

Onun sözlərinə görə, NATO-nun Baş katibi Yens Stoltenberq tərəfindən səsləndirilən təklif Polşanı qane etmir. Təklif, Şimali Atlantika Alyansının Şərq cinahının müdafiəsi üçün bölgədə bir neçə beynəlmiləl batalyonun yerləşdirilməsini nəzərdə tutur.

«Biz hesab edəcəyik ki, möhkəmləndirmə (müdafiəni möhkəmləndirmə - red.) geniş olmalıdır. Amma bu günə olan vəziyyətə belə cavab təklif olunur. Ümid edirik ki, Rusiyanın təcavüzünə cavab vermək istiqamətində alyansın əzmkarlığının rəmzi qismində hələlik bu da bəs edər» - deyə, Vaşikovski qeyd edib.

Polşalı nazir sonuncu «Rusiya-NATO» görüşünü şərh edərkən qeyd edib ki, görüşün heç bir nəticəsi olmayıb: «Biz müzakirə edəcəyik - lüzum varmı, mümkün olacaqmı Rusiya ilə yeni bir görüş baş tutsun? Çünki Rusiya əməkdaşlıq arzusu və Minsk razılaşmasının yerinə yetirilməsi niyyəti nümayiş etdirmir. Amma müttəfiqlərin bir qismi hesab edir ki, Rusiya ilə cənubda əməkdaşlıq etməyin mümkünlüyü baxımından, bunun mənası var...».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol