Azpolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rusiya-NATO» Şurası barədə NATO-nun Baş katibi Yens Stoltenberqin bu günlərdə söylədiyi fikirləri şərh edərkən, deyib: "NATO-Rusiya Şurasının çağırılması barədə qərar Moskva ilə birlikdə qəbul olunmalıdır".
Bundan əvvəl Yens Stoltenberq bildirmişdi ki, NATO ölkələri xarici işlər nazirləri qərara alıblar ki, alyansın 8-9 iyulda Varşavada keçiriləcək sammitinə qədər Rusiya-NATO Şurasının daha bir iclası keçirilsin.
«Stoltenberq əvvəlcə bu məsələni Moskva ilə müzakirə etməli idi, elan etməli deyildi» - bu bəyanatı Sergey Lavrov jurnalistələ söhbəti zamanı səsləndirib. O, deyib: «Hansı əsasla o, (Stoltenberq - red.) bu fikri işlədib (Alyansın 8-9 iyulda Varşavada keçiriləcək iclasına qədər Rusiya-NATO Şuasının iclasının keçirilməsi barədə - red.)? Rusiya-NATO şurası konsensus əsasında işləyir. Əgər onlar bunu müzakirə etmək istəyirlərsə, qoy bizimlə məsləhətləşsinlər, mikrofona «cummasınlar»».
Əslində isə Stoltenberq NATO-Rusiya Şurasının mümkün iclası barədə belə deyib: «Biz, Alyansın 8-9 iyulda Varşavada keçiriləcək sammitinə qədər NATO-Rusiya Şurasının daha bir görüşünün keçirilməsi barədə geniş razılaşmaya nail olmuşuq. Tarixi və detalları üzərində isə hələ işlənməlidir...».

Şərhlər