Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qruplarına bu gün keçirdiyi imtahanı saat 14.00-da başa çatıb.
İmtahan başa çatdıqdan sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizasına başlanılıb. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri də TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Şərhlər