Menu

Kamerondan Türkiyəyə hörmətsizlik - Türkiyə ancaq 3000-ci ildə...

22.05.2016, 16:03

kameronBöyük Britaniyanın baş naziri Devid Kameron Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı pessimist proqnoz verib.

Virtualaz.org İngiltərə KİV-nə istinadən bildirir ki, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron İTV telekanalına deyib.

O bildirib: “Yaxın vaxtlarda Türkiyənin AB-yə üzv olması ilə bağlı heç bir plan yoxdur. Onlar 1987-ci ildən müraciət edib. Son proqnozlara görə, əgər onlar bu tempi qorusalar, AB-yə üzv ola bilərlər, lakin bu, 3000-ci ildən öncə mümkün olmayacaq”. O, Türkiyə ilə AB arasında vizasız rejim müzakirə olunacağı təqdirdə, buna qarşı çıxacaqlarını da vurğulayıb: "Rəsmi London heç vaxt türklərə vizasız rejimin tətbiqinə icazə verməyəcək".

Xatırladaq ki, bir neçə gün əvvəl Avropa Birliyi Türkiyə ilə vizasız rejiminin qanunverici əsaslandırılmasına start verib.

Avropa Komissiyasının təklifi ilə ekspertlər artıq məsələnin qanuni əsaslarını gözdən keçirməyə başlayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol