Menu

Ərdoğanın kürəkəni Davudoğlunun xanımı ilə niyə görüşmədi? - Video

22.05.2016, 19:40
Ərdoğanın kürəkəni Davudoğlunun xanımı ilə niyə görüşmədi? - Video

Bu gün Türkiyənin paytaxtı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayı zamanı maraqlı hadisə baş verib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərasimdə iştirak edən prezident Rəcəb Tayyip Ərdoğanın kürəkəni, energetika naziri Berat Albayrak keçmiş baş nazir Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu və yeni hökumət rəhbəri Binəli Yıldırımın həyat yoldaşı Semiha Yıldırımla əl-ələ görüşməkdən imtina edib. Tədbirə qatılan siyasətçi xanımları nazirlərlə növbə ilə salamlaşarkən B.Albayrak ona tərəf uzadılmış ələ eyni reaksiya ilə qarşılıq verməyib. Əlini ürəyinin üzərinə qoyaraq,salamlaşaraq ona hörmətini ifadə edib.

B.Albayrakdan başqa ədliyyə naziri Bəkir Bozdağ da S.Davudoğlu ilə əl-ələ görüşməyib, əlini ürəyinin üzərinə qoyaraq, ona hörmətini ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol