Azərbaycanın tanınmış şoumeni, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Murad Dadaşovun obyekti ötən gecə qarət olunub.
Onun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən Côte d`Azur mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb.
Milli.Az-ın əməkdaşı da hadisə yerinə baş çəkib. Mağazanın əməkdaşları və polis içəri daxil olmağa izacə verməyiblər. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması məlum deyil.
Murad Dadaşov “Qafqazinfo”ya açıqlamasında mağazaya ziyan dəymədiyini bildirib:
“Böyük bir hadisə baş verməyib. Bir uşaq mağazanı qarət etmək istəyib. Heç bir ziyan dəyməyib, sadəcə bir telefon aparıb. Balaca mağazadır, orada nə qədər pul ola bilər? Yaşasın polislərimiz, cəld tərpənib qarətçini yaxalayıblar”.
Murad Dadaşov daha sonra zarafatla bildirib ki, kimsə axşam-axşam tort yemək istəyib, görüb ki, mağaza bağlıdır:
"Ona görə pəncərəni sındırararaq içəri daxil olub. Amma tortların maket olduğunu zənn edərək onlara dəyməyib, telefonu götürməklə kifayətlənib".




Şərhlər