Menu

Azərbaycanlı turistlərin Türkiyəyə axını başlayacaq - Bu təqdimatdan sonra

22.05.2016, 21:47
Azərbaycanlı turistlərin Türkiyəyə axını başlayacaq - Bu təqdimatdan sonra

Rixos şirkəti dünən Bakıda azərbaycanlı turistlər üçün Türkiyənin Belek şəhərində yerləşən yeni otelin təqdimatını keçirib.

Rixos-un Türliyədəki baş meneceri Murat Altman virtualaz.rg-un müxbiri ilə söhbətində bildirib ki, yeni otelin inşasına təxminən 2 milyard dollar vəsait sərf olunub. Bu, Türkiyədə son vaxtlar otel biznesinə yatırılan ən böyük məbləğdir.

405 000 kvadratmetrlik 5 ulduzlu otel Belekin mənzərəli guşəsində yerləşir. Burada təxminən 1000 metr uzunluğu olan xüsusi çimərlik, 12 min kvadratmetrlik akvapark, eləcə də idman zalı və ticarət mərkəzi var.

Menecer bildirib ki, turist xidməti bazarı daim diqqət, yenilənmə tələb edir və onların yeni təklifləri ilk növbədə göstərilən xidmətlərin təkmilləşdirilməsini, eləcə də keyfiyyətin yüksəldilməsini nəzərdə tutur.

Rixos-un növbəti otelinin təqdimatında çıxış edən Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov isə bildirib ki, Azərbaycan tur-operatorlarının Rixos şirkəti ilə əməkdaşlığının möhkəmlənməsi bizim turistlərə daha keyfiyyətli və müasir xidmət göstərmək imkanı yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol