Türkiyənin futbol millisi 2016-cı ilin Avropa çempionatına hazırlıq qarşılaşmasında İngiltərə yığması ilə yoldaşlıq oyunu keçirib. Musavat.com xəbər verir ki, Manşesterdəki Etihad stadionunda keçirilən oyun ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyə millisi 93 ildən sonra ilk dəfə İngiltərə yığmasının qapısına qol vurub. Qolun müəllifi Hakan Çalhanoğlu olub.
Bu nəticə ilə Türkiyə millisi İngiltərə yığması ilə keçirdiyi 11 qarşılaşmada məğlubiyyət sayını 9-a çatdırıb. Türkiyə yığmasının 13 oyunluq qalibiyyət seriyası da bu oyunla başa çatıb.


Şərhlər