Menu

«Türkiyə yüksək ixtisaslı qaçqınları Avropaya buraxmır» - «Der Spiegel» jurnalı

22.05.2016, 23:54

1424685193_miqrantiXarici KİV-in yaydığı məlumata görə, Türkiyə Suriyadan gələn yüksək ixtisaslı qaçqınları Avropa İttifaqına buraxmır. Bu barədə cümə günü «Der Spiegel» jurnalı yazıb (TASS).

Jurnalın yazdığına görə, bir sıra Avropa İttifaqı ölkələri qapalı keçirilən iclasların birində belə bir məsələni önə çəkib ki, guya Avropa İttifaqı (Aİ) ilə razılaşma çərçivəsində Ankara Aİ ölkələrinə ya ağır xəstə olan, ya da aşağı təhsilli miqrantları göndərir. Proseslərin bu cür inkişafı barədə Almaniya daxili işlər nazirliyinin parlament stats-katibi Ole Şreder də bundestaqın daxili işlər komitəsinə uyğun məlumat verib.

Almaniyanın, Niderlandın və Lüksemburqun nümayəndələri təsdiqləyirlər ki, Türkiyə artıq neçənci dəfədir, son anda suriyalıların getmək üçün vizalarını ləğv edir. Çünki əksər belə hallarda söhbət yüksək ixtisaslı mühəndislərdən, həkimlərdən və ya digər sahələr üzrə mütəxəssislərdən gedir. Bu zaman Ankara rəsmi olaraq dəfələrlə BMT qaçqınların işi üzrə ali komissarının İdarəsinə bəyan edib ki, ali təhsilli suriyalıları «Aİ-Türkiyə» paktında nəzərdə tutulduğu kimi, «bir suriyalı qaçqını - bir qeyri-leqal miqranta» sxemi üzrə dəyişməyəcək.

Xatırlayırsınızsa, bir müddət əvvəl Madrid şəhərinin (İspaniya) xanım-meri Avropa İttifaqı ölkələrinə axışan qaçqınları (əsasən Suriyadan, İraqdan, Liviyadan olanlar) bir xəzinə adlandırmış və bu axından sevincək olmağı məsləhət bilmişdi. Açıq-aydın görünür ki, Aİ ölkələri indi də «xəzinə» uğrunda «savaş»a baş vurublar. Belədə, Türkiyə nə üçün geri durmalı və əlindəki «xəzinə»ni yabançılara təslim etməlidir?

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol