Xarici KİV-in məlumatına görə, Ukraynanın prezidenti Pyotr Poroşenko şənbə günü ölkədə qeyd olunan «Avropa günü» münasibətilə Kiyevin Mixaylovsk meydanındakı çıxışı zamanı deyib ki, Ukrayna Avropa sivilizasiyasının müdafiəsində dayanıb.
«Avropa - Ukraynanın milli ideyası və gələcəyidir. Biz, Avropanı varvarlıqdan, tiranlıqdan, təcavüzdən, militarizmdən müdafiə edirik. Biz, Avropa sivilizasiyasının müdafiə xəttinin ön cəbhəsində dayanmışıq» - deyə, Poroşenko bəyan edib.
Ukrayna prezidenti hesab edir ki, «Avropa günü» - Ukraynanın tarixi bayramıdır: «Mən əminəm ki, gözəl bir gündə Ukraynanın ən yaxşı vətəndaşları Avroparlamentdə, Avropa institutlarında öz yerlərini tutacaqlar. O zaman Ukrayna da Avropa İttifaqı ölkələri sırasında öz layiqli yerini tutacaq».
Poroşenkonun çıxışından sonra paytaxtın Mixaylovks meydanında Avropa İttifaqının bayrağı qaldırılıb.
AzPolitika.info

Şərhlər