Xarici KİV-in məlumatına görə, Almaniyanın kansleri Angela Merkel tənqid və çətinliklərə baxmayaraq, qaçqınlar barədə Türkiyə ilə əldə olunmuş razılaşmanın reallaşacağına ümid edir. Bu barədə kansler «Frankfurter Allgemeine Sonntagszeitung» qəzetinə verdiyi müsahibədə bəyan edib. Müsahibənin epizodları şənbə günü qəzetin elektron versiyasında dərc olunub (TASS).
«Ərgər mürəkkəbliklər meydana çıxırsa, mən onları dəf etməyə çalışıram və ya başqa yollar arayıram ki, bu çağırışın öhdəsindən gəlim» - deyə, Merkel qeyd edib.
Kansler daha sonra deyib: «Məni qayğılandıran odur ki, bəzi hallarda mən uğursuzluğa görə, hansısa bir sevincək olmaqlığı görürəm. Mən bu sövdənin uğur qazanmasına öz tövhəmi vermək istəyirəm. Bu uğura aparan yol uzundur və çətinliklərdən keçir».
Məlumat üçün öildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İstambulda keçiriləcək humanitar sammitində iştirak etmək üçün Merkelin Türkiyəyə səfər edib. Orada kansler Türkiyə prezidenti R.T.Ərdoğanla danışıqlar aparacaq.
AzPolitika.info

Şərhlər