Menu

Araz Əzimov İsraildə müzakirələr aparıb

23.05.2016, 10:30
Araz Əzimov İsraildə müzakirələr aparıb

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İsrail Knessetinin deputatı, xarici işlər və müdafiə üzrə Parlament Komitəsinin sədri Tsaçi Haneqbi ilə görüşüb.

"Report" "JewishPress" istinadən xəbər verir ki, tərəflər Təl-Əviv və Bakı arasında iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

Görüşdə tərəflər İsrail və Azərbaycan arasındakı əməkdaşlığın parlamentlərarası münasibətlər və yüksək səviyyəli görüşlər vasitəsilə intensivləşdirilməsi barədə razılığa gəliblər.

Azərbaycan xarici işlər nazirinin müavini Aviqdor Libermanın başçılıq etdiyi Azərbaycan-İsrail parlament dostluq qrupunun nailiyyətini yüksək qiymətləndirib.

Görüşdə tərəflər, həmçinin həm yaxın Yaxın Şərq, həm də Cənubi Qafqazda geosiyasi vəziyyəti müzakirə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol