Menu

Azərbaycan ordusunun əsgəri özünü güllələyib

29.03.2014, 12:06
Azərbaycan ordusunun əsgəri özünü güllələyib

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu özünü güllələyib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb.

Əsgər Rahid Səttar oğlu Əsgərov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyindən APA-ya faktı təsdiq ediblər.

Qeyd edək ki, R. Əsgərov Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol