Daşkəsən şəhərində fırtına olub.
"Report" xəbər verir ki, təxminən yarım saatdır şəhərdə güclü yağış yağır.
Fırtına nəticəsində şəhərin bir sıra yerlərinə ziyan dəyib. Şəhərdə bəzi binaların dam örtüyü dağılıb, elektrik naqilləri sıradan çıxıb, elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda güclü külək davam edir.
Hazırda Gədəbəy və Gəncə rayonlarında da güclü külək əsir. Həmin rayonlarda hələ ki, fəsad müşahidə olunmayıb.


Şərhlər