Menu

Suriyada terror aktı nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb

23.05.2016, 23:18

suriyada doysufghjƏn azı 200 nəfər yaralanıb

Suriyanın Ceble və Tartus şəhərlərində törədilən terror aktları nəticəsində 148 nəfər ölüb, təqribən 200 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Suriyanın İnsan Haqlarına Riayət Olunmasının Monitorinqi Mərkəzinin müşahidəçilərinə istinadən "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, hücum təqribən 5 terrorçu-kamikadze tərəfindən törədilib, həmçinin iki minalanmış avtomobil partladılıb.

İŞİD terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol