"İcbari tibbi sığorta paketinin tərtibində ilkin səhiyyə xidmətlərinin təşkili xüsusi yer tutacaq. İlkin səhiyyə xidməti dedikdə ailə həkimi xidmətinin tətbiqi nəzərdə tutulur."
Bunu modern.az saytına müsahibəsində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov deyib.
"Agentlik müalicəsi daha çox maliyyə vəsaiti tələb edən, lakin dövlət proqramı tərəfindən təminat verilməyən xəstəlikləri - məsələn, ürək –damar xəstəlikləri, katarakta, insult kimi xəstəlikləri ilkin paketə daxil etməyi planlaşdırır."
V.Qurbanov İcbari tibbi sığorta paketinə daxil edilməyəcək xəstəliklərin adlarını da açıqlayıb:
"Məlumdur ki, bir sıra xəstəliklər üzrə dövlət proqramları mövcuddur. Onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi üzrə dövlət proqramları mövcuddur.
Həmin xəstəliklər üzrə dövlət tərəfindən təminat verildiyi üçün onların icbari tibbi sığorta paketinə daxil edilməməsi müzakirə olunur. Bütün növ kosmetik nöqsanların aradan qaldırılması, plastik və estetik cərrahiyyə əməliyyatları paketə daxil edilməyəcək."


Şərhlər