Menu

Pakistanda yol qəzası nəticəsində 10 nəfər ölüb, 31 nəfər yaralanıb

24.05.2016, 14:02

103-killed-over-270-injured-in-Pakistan-terror-attacksSürət həddinin aşılması nəticəsində baş verən qəzada ölənlərdən üçü uşaqdır

Pakistanın Sind əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 10 nəfər ölüb, 31 nəfər isə yaralanıb.

"Report" xərbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, Karaçidən Şahdadkota doğru yüksək sürətlə hərəkət edən avtobus aşıb. Yaralı sərnişinlər xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyətinin çox ağır olduğu bildirilib. Ölənlərdən üçü uşaqdır.

Polisin məlumatına görə, qəza sürət həddinin aşılması nəticəsində baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol