Xarici KİV-in məlumatına görə, Pentaqon Vyetnamla hərbi-dəniz qarşılıqlı fəaliyyəti möhkəmlətmək barədə düşünür. Bu ölkəyə sihah satışı üzərindəki qadağanın götürülməsi barədə ABŞ-ın qəbul etdiyi qərar ilk növbədə, Vaşinqton və Hanoy arasında hərbi-dəniz əməkdaşlığını sürətləndirəcək. Bu barədə bazar ertəsi jurnalistlərlə söhbət zamanı ABŞ-ın müdafiə naziri Eşton Karter məlumat verib.
«İkitərəfli planda bu, onsuz da Vetnamla tarixi baxımdan dərin kökləri olan hərbi sahəsindəki münasibətlərimizi daha da irəli aparmağı təmin edəcək. Düşünürəm ki, bu, hər şeydən əvvəl, dənizçilik sahəsində özünü göstərəcək. Bu sahə, Vyetnamla daha sıx şəkildə işlədiyimiz istiqamətlərdən biridir»-deyə, Pentaqonun şefi bəyan edib.
Bu zaman Karter təsdiqləyib ki, ABŞ-ın bu fəaliyyəti Çinə qarşı yönəlməyib: «Bununla belə, şübhə yoxdur ki, Çinin hərəkətləri, xüsusilə son bir ildəki fəaliyyəti bölgədə narahatlığı artırıb. Bu isə onları (vyetnamlıları) bizimlə işləməyə vadar edən daha bir amildir».
AzPolitika.info

Şərhlər