Menu

“Taliban”ın “kölgə lideri” öldürüldü

24.05.2016, 23:27
“Taliban”ın “kölgə lideri” öldürüldü

Əfqanıstan silahlı qüvvələri “Taliban” hərəkatının “kölgə lideri” molla Müzamili Gilmənd əyalətində məhv edib. Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, bunu əyalət qubernatorunun mətbuat katibi Obar Zvak bildirib.

“O, yaralanıb, daha sonra aldığı xəsarətlər nəticəsində ölüb”, - mətbuat katibi deyib.

Məlumata görə, molla Müzamil xüsusi əməliyyat zamanı silahlıların iki komandiri ilə birlikdə zərərsizləşdirilib. Taliblər isə bu məlumatı təkzib edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol