Menu

"Jurnalistlər üçün yeni binanın tikintisi bu ilin sonunda başa çatacaq" - Əflatun Amaşov

25.05.2016, 13:51

EflatunAzərbaycan mətbuatının 141 illiyi ərəfəsində jurnalistlərə ev verilməyəcək.

Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, jurnalistlər üçün yeni binanın tikintisi davam edir: "Tikintinin bu ilin sonuna kimi başa çatması planlaşdırılır. Mənzillərin jurnalsitlərə paylanması məsələsinə bundan sonra baxılacaq".

Qeyd edək ki, artıq bir bina tikilərək mətbuat nümayəndələrinə paylanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol