Menu

Rusiya bankları hökumətə 350 milyon dollar kredit verdi

25.05.2016, 15:58
Rusiya bankları hökumətə 350 milyon dollar kredit verdi

Rusiya KİV-nin məlumatına görə, ölkənin qeyri-dövlət bankları hökumətdən 350 milyon dollarlıq milli suveren avroobliqasiya alıb. Bu barədə mayın 25-də maliyyə naziri Anton Siluanov xəbər verib («TASS»).

Onun sözlərinə görə, bütün sifarişlər nəzərdən keçirilib və ilk növbədə, Rusiya qiymətli kağızlarına sərmayə qoymaq istəyən xarici iştirakçılar seçilib: «Cəlb olunacağı nəzərdə tutulmuş 1,76 milyard dollardan 1,2 milyard dolları xarici iştirakçılar, 550 milyon dollara yaxın məbləğdə isə Rusiya bankları alıblar. Rusiya bankları arasından biz, qeyri-dövlət banklarını seçdik ki, onlar bundan sonra da həmin kağızlarla işləyə bilsinlər».

Bu arada, mayın 25-də «Vedemosti» qəzeti maliyyə nazirliyinin satışa çıxartdığı Rusiya avrobondlarına süni tələbat yaradıldığı barədə xəbər yayıb.

Mayın 24-də isə xəbər verilmişdi ki, Rusiya 1,75 milyard həcmində avrobondu 10 il dövriyyə müddətinə, illik 4,75 faizlə satışa çıxarır. Maliyyə naziri Siluanovun məlumatına görə, bu həcmin 70 faizi xarici investorlar tərəfindən alınıb. Sifarişlərin ümumi həcmi isə 7 milyarda yaxın olub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol