Menu

Ronaldo karyerasını başa vuracağı komandanın adını açıqladı

26.05.2016, 10:50
Ronaldo karyerasını başa vuracağı komandanın adını açıqladı

31 yaşlı futbolçu “Real” ilə müqaviləsini uzatmaq istəyir.

Portuqaliya yığmasının və “Real Madrid” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo gələcək planları haqıqında danışıb. ANS PRESS-in məlumatına görə, Ronaldo karyerasının sonuna qədər “Kral Klubu”nda oynamaq istəyini deyib. 31 yaşlı futbolçu “Real” ilə müqaviləsini uzatmaq istəyir.

"Özümü heç bir klubda görmürəm".

"Təbii ki, mən burada qalmaq istəyirəm. Karyeramı “Real Madrid” klubunda bitirmək istəyirəm. Çempionlar liqasının final oyunundan sonra ola bilsin yeni müqavilə imzaladım. Baxarıq necə olacaq. “Real”ın mənimlə yeni müqavilə bağlaması doğru olar məncə. Mən Madriddə xoşbəxtəm. Özümü heç bir klubda görmürəm” - deyə Ronaldo bildirib.

Bir müddət əvvəl yayılmışdı ki, Ronaldo ilə PSJ və "Mançester Yunayted" maraqlanır. Çempionlar Liqasının final oyunu mayın 28-də baş tutacaq. "Kral Klubu" ilə "Atletiko Madrid"oyunu Milanın "San Siro" meydanında keçiriləcək. Ronaldo İspaniya çempionatında 36 oyuna 35 qol vurub və 11 məhsuldar ötürmə edib.

LaLiqada “Barselona” çempionatının qalibi olub. "Barselona" 1 xal ilə “Real Madrid”dən irəlidə qərarlaşaraq çempion olub. Çempionatın ilk üçlüyünə “Atletiko Madrid” də daxil olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol