ATƏT-in Minsk Qrupunun münaqişənin həlli üçün yeganə praktiki platformadır
"2015-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində zorakılığın kəskin artması ciddi narahatlıq doğurur".
"Report" xəbər verir ki, bunu Avstriya prezidenti Haynts Fişer "The Business Year 2016" jurnalına müsahibəsində Avstriyanın 2017-ci ildə ATƏT sədri olacağını şərh edərkən deyib.
Avstriya prezident qeyd edib ki, ölkəsi ümumilikdə çoxtərəfli diplomatiyaya üstünlük verir və Avstriyanın ATƏT sədrliyi hazırkı sədr Almaniyanın işinin davamı olacaq.
"Dağlıq Qarabağ münaqişəsinin əsas və həssas məsələ olduğunu bilirik. 2015-ci ildə təmas xəttində zorakılığın kəskin artması, əlbəttə ki, ciddi narahatlıq doğurur. Azərbaycanın Minsk qrupunun məsələnin həllindəki səyləri ilə bağlı məyusluğunu başa düşürəm. Lakin əminik ki, Minsk qrupu münaqişənin həlli üçün yeganə praktiki platformadır", - deyə H.Fişer bildirib.
O, Avstriyanın münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunması üçün yardım etməyə hazır olduğunu vurğulayıb.


Şərhlər