Menu

Nəcməddin Sadıkov ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı ilə görüşüb (FOTO)

26.05.2016, 21:15
Nəcməddin Sadıkov ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı ilə görüşüb (FOTO)

Mayın 26-da Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Frederik Ben Hodcesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan Baş Qərargah rəisi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik, o cümlədən atəşkəsin pozulması səbəbləri, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və onların nəticələri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən və qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-leytenant B.Hodces bu görüşün Azərbaycan ilə ABŞ-ın Avropadakı quru qoşunları arasında əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağına ümidvar olduğunu bildirib.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, beynəlxalq sülhməramlı missiyalarda uğurlu əməkdaşlıq, eləcə də hərbi təhsil, treninq və qarşılıqlı təcrübə mübadiləsi sahəsində məsələlər ətraflı müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol