Eyyub Hüseynov: «Daxili bazarın 30 faizi bu məhsullardan ibarətdir»
Nazirlər Kabineti ölkəmizə genetik modifikasiya olunmuş məhsulların idxalını qadağan edib. Bundan sonra respublikaya idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir.
Maraqlıdır, geni dəyişdirilmiş məhsullar Azərbaycan bazarının neçə faizini “işğal” edib?
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov azadlıq.info-ya deyib ki, qeyd edir ki, Azərbaycanda əkilən və ölkəmizə gətirilən geni dəyişdirilmiş məhsullar 25-30 faiz arasındadır. Bunun üçün konkret şəkildə tədqiqatlar aparılmasını vacib sayan AIB sədri əkilən pomidor və qarpız toxumunun bir sıra hallarda yetişmədiyini söyləyir. Həmçinin sarı düyülərin hamısı, soyaların 98 faizi və bəzi başqa məhsullar da geni dəyişdirilmiş məhsullara aiddir: “Azərbaycanda da geni dəyişdirilmiş əkinçilik və toxumçuluq var. Ölkədə iki laboratoriya olsa da, heç bir iş görmürlər. Ölkə kartogen protokoluna qoşulub. Lakin ölkədə geni dəyişdirilmiş əkinçilik və toxumçuluq var ki, buna qarşı müvafiq mübarizə aparılmalıdır”.

Şərhlər