Menu

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Azərbaycana gəlir

27.05.2016, 11:03
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Azərbaycana gəlir

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisi Robin Danniqan Azərbaycana səfər edəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, R.Danniqanın "Xəzər nefti və qazı" illik beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Qeyd edək ki, "Xəzər nefti və qazı" "Caspian Oil&Gas 2016" 23-cü Beynəlxalq sərgisi və konfransı iyunun 1-4-də Bakıda keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol