Menu

Masallıda 2 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

27.05.2016, 11:16
Masallıda 2 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

Masallı rayonunda 2 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

"Report" xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 26-da Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan 2 yaşlı Dəniz Qasımovanı evlərində elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol