Menu

"Xəzər Lənkəran"ın taleyinə aydınlıq gətirəcək iclasın tarixi açıqlandı

27.05.2016, 12:07
"Xəzər Lənkəran"ın taleyinə aydınlıq gətirəcək iclasın tarixi açıqlandı

"Xəzər Lənkəran" futbol klubunun taleyinə mayın 30-da aydınlıq gələcək. Klubdan "Report"a verilən məlumata görə, bazar ertəsi keçiriləcək daxili toplantıda komandanın gələcək fəaliyyəti müzakirə olunacaq.

2015-2016 mövsümünün yekunlarına əsasən, "ağ-yaşıllar"ın Azərbaycan Premyer Liqasında 10 komanda arasında sonuncu yeri tutublar. Reqlamentə əsasən, bu halda klub növbəti mövsüm I Divizionda mübarizə aparmalıdır. Üstəlik, AFFA Lisenziya Komissiyası "Xəzər Lənkəran"a Premyer Liqada iştirak üçün lisenziya verməyib. Klub sənədlərindəki çatışmazlıqları mayın 30-dək aradan qaldırmalıdır.

Klubdan bildirilib ki, iclasda komandanın Premyer Liqada iştirak üçün lisenziya sənədlərini AFFA-ya təqdim etmə və ya fəaliyyətini dayandırma qərarını verəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol