Menu

Putini dəstəkləyən rusların sayı 12% azalıb - SORĞU

27.05.2016, 17:13

putin_protest_Rtr_img2Rusiyada hazırki siyasi kursu dəstəkləyənlərin sayı 12% azalıb.

Modern.az Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin apardığı sorğuya istinadən xəbər verir ki, ölkə sakinlərinin yalnız 37%-i Putinin rəhbərliyi altında keçirilən siyasəti dəstəklədiklərini deyib. Halbuki, ötən il bu göstərici 49% təşkil edirdi.

Digər tərəfdən, iqtidarın siyasi kursuna qarşı çıxanların sayı 12%-dən 21%-ə qədər yüksəlib, daha 39% respondent isə neytral mövqe sərgiləyiblər.

Ekspertlər Rusiya cəmiyyətində sosial özünüdərk hissinin gücləndiyini və iqtisadi problemlərin uzanmasının narahatlıq doğurduğunu bildirirlər. Vətəndaşların 48%-i hazırki yaşamlarının onları qane etdiyini, 25%-i isə narazı saldığını deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol