Menu

“Öldürməsəydim uşaqları parçalayacaqdı” - Ayını öldürən Oğuz sakini - VİDEO

27.05.2016, 17:31
“Öldürməsəydim uşaqları parçalayacaqdı” - Ayını öldürən Oğuz sakini - VİDEO

Baxçada təhlükəli anlar yaşansa heç bir hadisə baş verməyib

“Uşaqlara yaxınlaşan anda ayını güllələdim”. Bunu “Report”un Şimal-Qərb bürosunun müxbirinə ötən gün Oğuz rayonun Xalxal kəndinə hücum edən ayını zərərsizləşdirən kənd sakini Hafiz Şükürov deyib. O bildirib ki, ayını Körpələr evinin həyətində uşaqlara yaxınlaşan anda vurub: “Mən ayını öldürməsəydim baxçanın həyətinə girib uşaqları parçalayacaqdı. Əvvəl müxtəlif yollarla çalışdıq ki, ayını kəndin ərazisindən uzaqlaşdıraq. Lakin ac heyvan daha da aqressivləşib sakinlərə hücum etməyə başladı. Ayı məndən 20 metrdən çox aralıda və artıq uşaqlara yaxınlaşırdı. Başqa əlacım yox idi - ya mən ayını vurmalıydım ya da ayı uşaqları parçalayacaqdı. Hətda mən fikirləşmişdim ki, əgər ayını vura bilməsəm o daha da aqressivləşib uşaqlara hücüm çəkəcəkdi”.

Qax Rayon Xalxal kənd Körpələr evinin müdiri Zərniyar Nəsibova “Report”a bildirib ki, baxçada təhlükəli anlar yaşansa heç bir hadisə baş verməyib: “Həmin vaxt baxçada 27 uşaq var idi. Hamımız çox qorxduq. Ayı artıq çayı keçib baxçanın həyətinə girirdi. Yaxşı ki, Hafiz cəsarət edib ayını vaxtında zərərsizləşdirə bildi”.

Xatırladaq ki, ötən gün Oğuzun xalxal kəndinə ayı hücum edib. Sakinləri qorxuya salan yırtıcı heyvan kənd ərazisində mal-qaraya və "Mercedes" markalı avtomobilə ziyan vurub. Kənd sakini Hafiz Şükürov odlu silahla ayını öldürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol