Bakıda yük maşını yanıb. Hadisə yerində olan şahidlərin Trend-ə bildirdiyinə görə, Bakının Badamdar qəsəbəsində maşın bazarının yaxınlığında "90 MQ 331" dövlət nömrə nişanlı ərzaq daşıyan orta tutumlu yük avtomobili yanıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər. Yol bağlanıb.

Şərhlər