Xarici KİV-in məlumatına görə, NATO İspaniyanı alyansın maraqlarına xəyanətdə ittiham edib. Səbəb kimi Rusiya gəmilərinin və sualtı qayıqlarının yanacaq götürmək üçün Seuta hərbi bazasına buraxılması göstərilir. «The Times» qəzetinin yazdığına görə, Seuta bazası «Gibraltar»ın 30 kilometrliyində yerləşir.
Qəzet xəbər verir ki, 2011-ci ildən üzübəri, bu limana ən azı 57 Rusiya gəmisi və sualtı qayığı daxil olub. NATO-nun hərbi analitikləri «Gibraltar»ı Aralıq dənizində Rusiyanın əsas bazası hesab edirlər. Bu baxımdan da hesab edilir ki, İspaniyanın belə davranışı Rusiyanın cənub dənizlərinə giriş əldə etməsinə və bunun sayəsində burada öz hərbi iştirakını genişləndirməsinə imkan yaradır.
«Bu, faktdır ki, İspaniya Rusiyanın hərbi gəmilərinə Seuta limanından istifadə etməyə icazə verir və bu, NATO daxilində həmrəyliyi sarsıdır» - deyə, ABŞ Konqresinin nümayəndəsi Co Pitts qeyd edib.
Pitts belə bir təkliflə çıxış edib ki, ABŞ-ın hərbi büdcəsinə yeni bir qeyd əlavə olunsun və öz limanlarına Rusiya hərbi gəmilərinin daxil olmasına icazə verən ölkələr barədə hesabat tələb edilsin.
Bundan əvvəl Avropa Parlameninin deputatları tələb etmişdilər ki, Rusiya gəmilərinin İspaniya limanı Seutaya girişinin qanunamüvafiqliyi yoxlanılsın.
AzPolitika.info


Şərhlər