Kilis vilayəti yenidən İŞİD terrorçuları tərəfindən atəşə tutulub, yaralılar var.
Türkiyə-Suriya sərhədində yerləşən Azez şəhəri gecə saatlardan etibarən İŞİD terror qruplaşması tərəfindən atəşə tutulub. Ans press-in məlumatına görə, Azez və Türkmən kəndlərinə hücum nəticəsində 13 suriyalı yaralanıb.
"Azez və Türkmen kəndlərinə hücum nəticəsində 13 suriyalı yaralanıb"
Yaralılar təcili yardımlarla Kilis Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsina baxmayaraq yaralılardan biri həyatını itirib. 12 Suriyalının isə müalicəsi davam edir.
Gecə saatlarından etibarən sərhəd məntəqələrinə yerləşdirilən Türkiyə Silahlı Qüvvələri (TSQ) "Fırtına" topları ilə terror qruplaşmasının mövqelərini dağıdıb. Hazırda İŞİD terror qruplaşması ilə Azad Suriya Ordusu arasında Türkiyə sərhədinə 15 kilometr məsafədə qarşıdurmalar davam edir. Digər tərəfdən İŞİD terror qruplaşmasının bəzi kəndləri ələ keçirdiyi, hücumlarını davam etdirdiyi bildirilir.
Mayın 25-də Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya sərhədində yerləşən İslahiyeyə "Fırtına" topları yollayıb. TSQ Qaziantəpin Suriya sərhədindəki İslahiye mahalına 16 ədəd "Fırtına" toplarını dəmiryolu vasitəsilə yollayıb.
Son zamanlar PYD/PKK terrorçularının bölgədə aktivləşməsi Türkiyə Silahlı Qüvvələrini hərəkətə keçirib. Artıq zirehli texnika əraziyə çatıb və yaxın zamanlarda Türk ordusunun həmlələri gözlənilir.
Bu il fevralın sonlarında Türkiyə Silahlı Qüvvələri Suriya ərazisini ağır silahlarla atəşə tutub. TSQ Kilis qəsəbəsindən sərhəd yaxınlığındakı Hələb şəhərinə bağlı Azez qəsəbəsini "Fırtına" topları ilə bombardman edib. Türkiyə ordusu tanklarla Minaak aviabazasının ətrafında yerləşən Telrıfat ve Şavarikat bölgələrinə, "Fırtına" topları ilə Akçabağlar bölgəsindən bombardman edib.

Şərhlər