Menu

Bərdədə bədbəxt hadisə - 5 yaşlı uşaq ölüb

28.05.2016, 13:02
Bərdədə bədbəxt hadisə - 5 yaşlı uşaq ölüb

Xanməd Əsgərov idarə etdiyi “T-28” markalı traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı Rüfət Hətəmovun üstünə aşıb

Bərdədə aşan hasarın altında qalan 5 yaşlı uşaq ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Mayın 9-da saat 18 radələrində Bərdə rayonunun Otuzikilər kəndində kənd sakini Xanməd Əsgərov idarə etdiyi “T-28” markalı traktoru yolun kənarındakı hasara vurub və bu zaman hasar 5 yaşlı Rüfət Hətəmovun üstünə aşıb. R.Hətəmov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol