Menu

Putin, Medvedyevin «pul yoxdur» bəyanatını «şərh» edib

28.05.2016, 15:17
Putin, Medvedyevin «pul yoxdur» bəyanatını «şərh» edib

Xarici KİV-n yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri Dmitri Medvedyevin bir neçə gün bundan əvvəl Krımda səsləndirdiyi və böyük rezonans doğurmuş «pul yoxdur» bəyanatını «şərh» edib («Exo Moskvı»).

Xəbər verildiyi kimi, Krıma səfəri zamanı Rusiyanın baş naziri D.Medvedyev təqaüdlərin indeksləşdirilməsi ilə bağlı təqaüdçü krımlıların sualını belə cavablandırmışdı: «Pul yoxdur, amma siz, möhkəm dayanın». Hökumət başçısının səmimi (doğru) cavabı publikanın xoşuna gəldiyindən, ona «sağ ol» deyilmişdi...

Prezidentin sözlərinə görə, hökumət sosial öhdəliklərə böyük diqqət ayırır, baş nazirin sözlərinə gəlincə isə, onun fikirləri yanlış şərh oluna bilər: «Hər zaman kəlməni kontekstdən qopartmaq olur...».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol