Decin Cons fevral ayında Nyu Orleans Pelikans klubu ilə 3 illik müqabilə bağlamışdı.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Milli Basketbol Assosiasiyasının (NBA) idmançısı Brus Dijon Cons öldürülüb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, "New Orleans Pelicans"ın 23 yaşlı basketbolçusu Cons silahla vurularaq qətlə yetirilib.
"Dijon-Cons qarın nahiyəsindən güllə yarası alıb"
23 yaşlı idmançının ölümü haqda Dallas polisi məlumat verib. Polisə Dallas şəhərinin sakini müraciət edərək bildirib ki, səhər tezdən Dijon-Cons onun mənzilinin qapısını sındıraraq evə daxil olub. Yuxudan ayılan sakin onun mənzilinə kimi girdiyini öyrənmək istəyib. O iddia edir ki, basketbolçu onun sualına cavab verməyib və onun yataq otağına daxil olmaq istəyib. Bu zaman ev sahibi tapancanı götürərək ona atəş açıb.
Dijon-Cons qarın nahiyəsindən güllə yarası alıb. Huşunu itirən yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər idmançının həyatını xilas edə bilməyiblər.
Hələlik əslən Los-Ancelesli və Yeni Orlean ştatının oyunçusu olan basketbolçunun Dallasa nə üçün gəldiyi naməlumdur. Bundan əlavə Dijon-Consun zorla soxulduğu mənzil sahibi ilə nə əlaqəsinin olduğu da araşdırılır.
Decin Cons fevral ayında "New Orleans Pelicans" klubu ilə 3 illik müqavilə bağlamışdı.
"National Basketball Association" (Milli Basketbol Assosiasiyası, NBA) Amerika Birləşmiş Ştatlarının 30 komandasından ibarət olan peşəkar basketbol liqasıdır. Liqanın əsası 1946-cı il iyunun 6-nda Nyu-York şəhərində Amerika Basketbol Assosiasiyası olaraq qoyulub. Liqa 1949-cu ildə indiki adını alıb.
NBA çempionluğu titulunu 11 çempionluqla ən çox Phil Jackson qazanıb. Ardınca 9 çempionluqla Red Auerbach, 5 çempionluqla John Kundla, Gregg Popovich və Pat Riley gəlir. Ancaq üç məşqçinin müxtəlif komandalar ilə çempionluqlar yaşayıb.


Şərhlər