Menu

Kikboksçumuz “K-1” versiyası üzrə döyüşün qalibi oldu - Hollandiyada

29.05.2016, 11:20
Kikboksçumuz “K-1” versiyası üzrə döyüşün qalibi oldu - Hollandiyada

Azərbaycanlı kikboksçu Xəyal Əhmədov mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilmiş “K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub.

"Azərfaks" xəbər verir ki, “A1 World Combat Cup”un təşkilatçılığı ilə keçirilən qarşılaşmada həmyerlimiz polyak idmançı ilə üz-üzə gəlib. X.Əhmədov çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanıb.

Xatırladaq ki, X.Əhmədov döyüşdən əvvəl verdiyi açıqlamada qələbəyə inandığını və bu qələbəni 28 May Respublika Günü münasibətilə Azərbaycan xalqına hədiyyə edəcəyini demişdi.

Qeyd edək ki, X.Əhmədov Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçudur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol