Menu

Türkiyə parlamenti yeni hökumətə etimad göstərdi

29.05.2016, 14:48
Türkiyə parlamenti yeni hökumətə etimad göstərdi

Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə qurulan 65-ci hökumətə etimadla bağlı səsvermə keçirilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səsvermədə iştirak edən 453 deputatdan 315 deputat hökumətə etimad göstərib. 138 deputat isə səsvermədə yeni höküməti rədd edib. Bununla da Türkiyə parlamenti yeni hökumətə etimad göstərib.

Səsvermədən sonra çıxış edən yeni baş nazir B. Yıldırım deputatlara təşəkkürünü bildirib və bundan sonra xalqın xidmətində olacaqlarını deyib:

“Bundan sonra hökümət Mustafa Kamal Atatürkün 2023-cü ilə qoyduğu hədəflərə doğru əmin addımlarlda gedəcək. Sabiq baş nazir Əhməd Davudoğluna göstərdiyi xidmətlərə görə təşəkkür edirəm. Bizin üçün tənqidlər də, göstərişlər də yol göstəricidir. Demokratiya inkişaf etdiriləcək, terrora qarşı qətiyyətlə mübarizə aparılacaq, insan azadlıqlarını daha da inkişaf etdiriləcək. Millətimizin birliyi, bərabərliyi, qardaşlığı üçün gecə-gündüz çalışacağıq”.

Baş nazir B. Yıldırım təşəkkür çıxışından sonra Milliyətçi Hərəkət Partiyası (MHP) başqanı Dövlət Baxçalı və muxalifət millət vəkiləri ilə salamlaşıb.

Cumhuriyyət Xalq Partiyası (CHP) başqanı Kamal Qılıcdaroğlu və Xalqların Demokratik Partiyası (HDP) başqanı Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağ da da səsverməyə qatılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol