Menu

Sel Qırğızıstanda 80-dən artıq evi dağıdıb

30.05.2016, 23:49
Sel Qırğızıstanda 80-dən artıq evi dağıdıb

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Kadamjay rayonunda yağış və daşqınlar nəticəsində 80-dən artıq ev dağılıb və ya zədələnib, 95 evin həyətini su basıb.

Rayonda 25 kilometr yolu su yuyub, 12 körpü dağılıb, elektrik xətləri sıradan çıxıb, 21 maşını sel aparıb.

Keçən həftənin sonunda bu rayonda baş verən sel və daşqın nəticəsində beş adam həlak olmuşdu.

Ay yarım ərzində Qırğızıstanın dağlıq rayonlarında 50 fövqəladə hadisə qeydə alınıb, bunların əksəriyyəti sel, daşqın və torpaq sürüşmələri olub. (AzərTAc)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol