Menu

Yol polisinin cərimə meydançasında - 4 maşın yandı

31.05.2016, 10:35
Yol polisinin cərimə meydançasında - 4 maşın yandı

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan “Chrysler” markalı minik avtomobilinin yanar hissələri, “Mercedes” minik avtomobilinin sağ hissəsi, “Mitsubishi” markalı minik avtomobilinin sol hissəsi və salonu yanıb, “Ford” markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib.

Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol