Menu

Kamal Kılıçdaroğlu istefa xəbərini təkzib etdi - “Yalandır”

31.03.2014, 16:01
Kamal Kılıçdaroğlu istefa xəbərini təkzib etdi - “Yalandır”

CHP lideri Kamal Kılıçdaroğlu istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP lideri hurriyyet.com-a açıqlamasında xəbərlərin yanlış olduğunu bildirib: “Bunlar tamamən yanlış məlumatlardır. Müzakirə mövzusu belə deyil”.

Eyni zamanda seçkinin ilkin nəticələrini də dəyərləndirən Kılıçdaroğlu bildirib ki, lazım olan dəyərləndirmələr ediləcək, yanlışlar və doğrular ortaya qoyulacaq: “Ancaq əldə olunan nəticəni uğursuzluq kimi dəyərləndirmək doğru deyil. Əsas məsələ bir-birimizi başa düşməkdədir. AKP-lilər bizə qulaq tıxadı, nə dediyimizi belə eşitmədilər. Bu anlamda ortada bir demokratiya krizi var. Bir-birimizi dinləməkdən dolayı yaranmış bir qavrayış var. O kütlələr bizi necə dinləyə bilər. Bunu dəyərləndirməmiz lazımdır. Biz isə onları dinlədiyimizi düşünürük. Baş naziri sabahdan axşama qədər dinləyirik. Seçicini də qulaqlarımızı açaraq dinləyirik. Amma anlaşılan odur ki, onları birdən-birə razı salmaq olmur. Bunun zaman alacağını düşünürəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol