Türkiyənin Siirt şəhərinin Tillo Seçki Dairəsindən (Aydınlar) Səadət Partiyasının bələdiyyə seçkilərindəki namizədi Bəhmən Aydın evinin qarşısında silahlı hücum nəticəsində öldürülüb.
Vaxt.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən olayda daha 5 kişinin yaralandığı da bildirilir.
Səadət Partiyasının mərhum namizədi Bəhmən Aydın seçkilərdə 39 faiz səs yığaraq, ikinci nəticəni göstərmişdi.
Həmin dairədə 50 seçki məntəqəsində qalib gəlməklə, bələdiyyə sədrliyini qazanan AKP-li Mehmet Mesut Memduhoğlu isə seçicilərin 50 faizinin səsini toplamışdı.
Həmin dairədə BDP-nin namizədi isə 10 faiz səslə üçüncü olmuşdu.


Şərhlər